Naftalan nefti

naftalan neftiNaftalan nefti–qəhvəyi qonur rəngli, xüsusi aromatik qoxuya malik, yüksək özlülüyə və xüsusi çəkiyə malik mayedir. Naftalan neftinin xüsusi çəkisi 0,92 - 0,96, qaynama temperaturu 220 0C, donma temperaturu (-20 0C) dir, su ilə qarışdırıldıqda davamlı emulsiya əmələ gətirir.
Naftalan mürəkkəb fiziki –kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur.

Naftalanın tərkibi:

1. Naften karbohidrogrnləri - 50-55%
2. Aromatik karbohidrogenlər - 10-15%
3. Qətranlı maddələr - 14-15%
4. Naften turşuları - 0,5-3%
5. Kükürdlü birləşmələr - 0,3- 0,7%
6. Azotlu birləşmələr - 0,3%
7. Mikroelementlər (Y, Br , Cu , Mn , Zn , Li, B və s.) dən ibarətdir .
 
naftalan neftiNaftalanın əsas müalicəvi komponentləri onun tərkibinin əsasını təşkil edən, yüksək molekullu, çoxhalqalı quruluşa malik (tsiklopentan-perhidrofenantren) naften karbohidrogenləridir. Bundan başqa naftalanın tərkibində olan kükürdlü, azotlu birləşmələr və mikroelementlər də naftalanın müalcəvi təsirində əhəmiyyətli rol oynayır .
Naftalan müalicə amili güclü iltihabəleyhi, ağrıkəsici, damargenəldici, allergiyaəleyhi, hormonabənzər, maddələr mübadiləsini tənzimləyici təsirə malikdir, ovogenez və ovulyasiya proseslərini və spermatogenezi sürətləndirir. Naftalan neftinin bu xüsusiyyətləri mərkəzdə 70 – dən artıq xəstəliyi müalicə etməyə imkan yaradır.

Yodbromlu su:
Naftalan nefti yerdən çıxarkən 90% su və 10% naftalan neftindən ibarət olur. Naftalan nefti ilə müalicə edərkən isə su 10% naftalan 90% olur. Naftalanla birlikdə yerdən çıxan su çox zəngin tərkiblidir, tərkibində yod və bromdan başqa həm də naftalanın tərkibində olan çoxsaylı mikroelementlər olduğundan bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq olunur
 
 
Butun huquqlar qorunur © 2010. Mocuzeli Naftalan
AZ 4600, Azərbaycan Respublikası, Naftalan şəhəri,  Nizami Gəncəvi 20
“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi
Telefon:(+994255) 2-31-65; (+994255) 2-31-95
Faks     (+994255) 2-31-65
Direktor:(+99450) 314-36-68;  (+99455) 682-15-82
Baş həkim:      (+99450) 315-48-29
E-mail: info@az-naftalan.net; /   Skype: az-naftalan